17 C
Baku
Thursday, May 2, 2024

Sankt-Peterburqdakı iqtisadi forumda 36 mlrd. dollarlıq anlaşmalar imzalanıb

İyunun 1-3-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş iqtisadi forumda (SPİEF) 386 şirkət ümumi dəyəri 2 trln. rubldan çox (təxminən 36 mlrd. ABŞ dolları) olan 386 anlaşma imzalayıb. 

“Bloomberg” agentliyinə istinadən, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara baxmayaraq SPİEF-də iştirak edən 637 şirkətin əsasən ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrindən olub.

Forumda ən çox anlaşmanı Rusiyanın “Qazprom” şirkəti imzalayıb. Təbii qaz istehsalçısının rəhbər şəxsləri 50-ə yaxın anlaşmaya imza atıb. Bunlar arasında Avstriyanın “OMV” şirkəti ilə Qara dənizdə hasilata, İtaliyanın “Edison” və Yunanıstanın “DEPA” şirkətləri ilə adı çəkilən ölkələrə Türkiyə üzərindən “mavi yanacaq” satışına dair anlaşmalar da var. Həmçinin forumda “Rosneft” şirkəti Böyük Britaniyanın “BP” şirkəti ilə Rusiya qazının Avropaya satışı ilə bağlı anlaşma imzalayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər