10 C
Baku
Wednesday, December 11, 2024

Şarl Mişel Tokayevlə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanları müzakirə ediblər.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Prezident Tokayev və Prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar, həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”, – məlumatda deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər