13 C
Baku
Saturday, May 18, 2024

Şarl Mişel: “Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”

Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqı (Aİ) daxilindədir.

Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.

“Kremlin Ukraynaya qarşı barbar müharibəsi qitəmizdə tektonik dəyişikliyə səbəb oldu və yeni geosiyasi reallıq yaratdı. Biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin gələcəyi Avropa İttifaqı daxilindədir”, – Aİ Şurasının Prezidenti vurğulayıb.

O bildirib ki, Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi həm Aİ ölkələrinin, həm də bu ölkələrin xalqları üçün güclü siqnaldır:

“Ehtiyac olduğu müddətdə biz Ukraynanın yanında olacağıq, dəstək verməyə davam edəcəyik. İndiyə qədər biz Ukraynaya hərbi dəstək vermişik və bu davam edəcək. Həmçinin, maliyyə dəstəyimiz də davam edəcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər