7 C
Baku
Thursday, December 12, 2024

Şarl Mişel və Ərdoğan Ukraynanı müzakirə edib

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Madriddə görüş olub.

Bu barədə Aİ Şurasının Prezidenti “Twitter”də bildirib.

“Madriddə mən Prezident Ərdoğanla Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırlması səylərinə göstərdiyi dəstəyi müzakirə etdim. Rusiyanın hərbi təcavüzü və suveren bir xalqa qarşı işğalı qəbuledilməzdir”, o vurğulayıb.

Prezident Mişel bildirib ki, o, Türkiyə Prezidenti ilə Şərqi Aralıq dənizindəki son hadisələrlə bağlı vəziyyəti də müzakirə edib və bu gərginlikdən narahatlığını ifadə edib.

“Fikir ayrılıqları yalnız sülh yolu ilə və gərginliyi azaltmaqla həll edilə bilər. Kommunikasiya kanallarını açıq saxlamaq çox vacibdir”, Şarl Mİşel qeyd edib.

Qeyd edək ki, görüş Madriddə keçirilən NATO Sammiti çərçivəsində baş tutub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər