26 C
Baku
Saturday, July 27, 2024

“Şatdaun” ABŞ iqtisadiyyatına 6 milyard dollar ziyan vurdu

ABŞ hökumətinin ötən il 21 dekabrdan etibarən fəaliyyətini dayandırması ölkə iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.

Bu məbləğ Meksika ilə sərhədə divar çəkilməsi üçün tələb olunan məbləğdən 300 min dollar çoxdur.

Qeyd edək ki, “şatdaun”un yaranmasına əsas səbəb Meksika ilə sərhədə divar çəkilməsi üçün 5,7 milyard dolların ayrılmaması idi. Tramp buna cavab olaraq hökumətin fəaliyyətini dayandırmaq barədə qərar vermişdi.

Lakin dünən Konqreslə ABŞ prezidenti arasındakı razılığıa əsasən Tramp hələlik tələbindən imtina edib. Bununla belə, o, xəbərdarlıq edib ki, əgər sərhədlərin təhlükəsizliyi üzrə Nümayəndələr Palatası və Senat arasındakı ikitərəfli danışıqların nəticəsindən razı qalmasa, 15 fevralda “şatdaun” bərpa ediləcək.(“Qafqazinfo”)

Son xəbərlər
Digər xəbərlər