-1 C
Baku
Sunday, December 15, 2024

Satınalmalarda iştirak edən şirkətlər üçün yeni öhdəlik müəyyənləşir

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları ilə) birgə 2024-cü ilədək Dövlət satınalmalarında şəffaflığın artırılması məqsədilə bu sahədə nəzarətin gücləndirilməsi və yol verilən hüquq pozmalarına qarşı mübarizə tədbirlərinin artırılması təmin edilməlidir. Beləliklə, dövlət satınalma prosedurlarında şəffaflıq və və sağlam rəqabət mühiti təmin ediləcək. Bu prosesdə Baş Prokurorluğun iştirakı da tövsiyə edilir.

“Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında həmçinin, Nazirlər kabinetinə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti ilə birlikdə 2026-cı ilədək dövlət satınalmalarında iştirak edən şirkətlərə benefisiar mülkiyyətçinin açıqlanması öhdəliyinin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi də tapşırılıb. Bu prosesdə Baş Prokurorluğun iştirakı da tövsiyə edilir.

Son xəbərlər
Digər xəbərlər