7 C
Baku
Thursday, December 12, 2024

Satış kanalları şöbəsində Promouter (Gəncə Mall) – Kapital Bank

Ümumi məlumat

Kapital Bank namizədləri Satış kanalları şöbəsində Promouter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Gəncə şəhərində yerləşən Gəncə Mall ticarət mərkəzində Kapital Bank ASC-nin stendinə yaxınlaşan müştərilərə Bankın məhsulları haqqında məlumat vermək
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi və s.

Tələblər

  • Ali təhsil
  • Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
  • MS Office proqramları üzrə biliklər
  • Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi
  • Növbəli iş rejimində işləmə imkanı (növbələr 10:00-22:00 arasında müəyyənləşdirilir)

CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və vakansiyanın adını qeyd etməklə [email protected] e-poçtuna göndərin!

Son xəbərlər
Digər xəbərlər