“Saudi Aramco” şirkəti Cənubi Koreyanın neft emalı şirkəti “Hyundai Oilbank”ın 17%-ni aldığını elan edib.
Sövdələşmənin dəyəri 1,24 mlrd. dollar təşkil edir.Razılaşmada Səudiyyə şirkətinin Koreya şirkətindən əlavə 2,9% pay almaq seçimi də yer alıb.
Qeyd edək ki, “Saudi Aramco” Cənubi Koreya şirkətinin 19,9%-ni almaq niyyətində olduğunu bildirmişdi. “Hyundai Oilbank”ın gündəlik emal gücü 650 min barel təşkil edir.