7 C
Baku
Thursday, December 12, 2024

Saxo Bank 2017-ci ildə dünya iqtisadiyyatını hansı “şok”-lar gözlədiyini açıqlayıb

Saxo Bank investisiya bankı özündə 2017-ci ildə dünya iqtisadiyyatını “şoka sala biləcək” TOP-10 proqnozu əks etdirən illik hesabatını təqdim etdi. Belə ki, bankın proqnozuna əsasən, növbəti ildə kriptovalyutaların artan populyarlığı fonunda bitcoin əhəmiyyətli dərəcədə bahalaşacaq.

“Bu ABŞ-da inflyasiyanın artımına təkan verəcək, FES-ni isə faiz dərəcəsinin artırılması prosesini sürətləndirməyə vadar edəcək: dollar yeni maksimumlar mərhələsinə qədəm qoyacaq. İnkişaf etməkdə olan bazarlarda, xüsusilə də Çində domino effekti başlayacaq. Çin dolların hökmran rolu ilə kağız pullar sisteminə alternativlər axtarmağa başlayacaq, həmçinin ABŞ-ın pul siyasətindən həddindən artıq asılılıqdan xilas olmağa çalışacaq. Bu kriptovalyutaların, xüsusən də bitcoinin populyarlığının artmasına gətirib çıxaracaq. Rusiya və Çinin hökumət və bank sistemləri bitcoini qismən də olsa dollara alternativ kimi qəbul etsələr, onun dəyəri 3 qat artacaq: cari 700 dollar səviyyəsindən 2 100 dollara qədər” – deyə bankın hesabatında bildirilir.

Saxo Bank proqnozlarına əsasən, Donald Trumpın prezident seçkilərində qalib gəlməsindən sonra səhiyyə sistemində islahatlar ölkədə həyəcan toxumları səpir. “Trumpın qələbəsindən sonra tibbi şirkətlərin səhmlərində alovlanan artım qığılcımı 2017-ci ildə sürətlə sönəcək. Çünki investorlar anlayacaqlar ki, yeni administrasiya qeyri-effektiv və bahalı səhiyyə sistemi ilə özünü yormayacaq, bunun əvəzində geniş miqyaslı islahatlar həyata keçirəcək. ETF Health Care Select Sector SPDR 50%, yəni 35 dollara qədər enəcək” – Saxo Bank yazır.

2017-ci ildə Çində ÜDM artım tempi 8% artacaq, Shanghai Composite isə 2016-cı ildə sahib olduğu göstərici ilə müqayisədə iki dəfə artacaq və 5000-i geridə qoyacaq. Sözügedən nəticə mümkündür, lakin əgər Çin kapital bazarını fiskal və pul stimullaşdırılması üzərindən açarsa. Bu isə ölkəyə istehlaka əsaslanan inkişaf modelinə keçid etməyə imkan verəcək. Bundan əlavə, bankın proqnozuna əsasən, Federal ehtiyat Yaponiya Bankından nümunə götürəcək və 10 illik istiqrazlar üzrə gəlirliliyi 1,5% səviyyəsində qeydə alacaq. Bu dolların məzənnəsinin və faiz dərəcələrinin əmin addımlarla artması səbəbindən baş verəcək.

Mis bazarı 2002-ci ildəki səviyyəsinə geri dönəcək. Bu zaman misin dəyəri 1 funt üçün 2 dollar təşkil edirdi. Bu kütləvi spekulyativ satışlara gətirib çıxaracaq ki, nəticədə də misin dəyəri 2009-cu ildə olduğu kimi 1 funt üçün 1,25 dollara enəcək. Yüksək gəlirli aktivlər üzrə cərimə faizi 2017-ci ildə 25%-ə qədər arta bilər ki, bu səbəbdən də qeyri-effektiv şirkətlər oyunu tərk etməyə məcbur olacaq. Nəticədə trilyonlarla korporativ istiqrazlar zərbə altına düşəcək. Bununla belə, istiqraz fondlarından gələn investisiya axını problemi gücləndirəcək.

Saxo Bank həmçinin 2017-ci ildə Meksika valyutası peso-nun sürətli artımını da proqnoz edir. Eyni zamanda, italyan banklarının səhmləri yeni ildə 100%-ə qədər artacaq. Maliyyə təşkilatlarının özləri isə fond bazarında inkişaf liderləri sırasına daxil olacaq. Analitiklər həmçinin iddia edirlər ki, Brexit heç vaxt baş tutmayacaq və Böyük Britaniya Avropa İttifaqının tərkibində qalacaq.

 

Son xəbərlər
Digər xəbərlər