10 C
Baku
Thursday, December 12, 2024

Sberbank Azərbaycana növbəti dəfə devalvasiya həyata keçirməyi məsləhət görmür

21-22 may tarixində Bakıda keçirilən Baltika və MDB ölkələrinin XII istiqraz qurultayı çərçivəsində Sberbank SIB Azərbaycan milli valyutasının növbəti perspektivlərini qiymətləndirmişdir.

Sberbank SIB-in baş iqtisadçısı, idarəedici direktoru Yevgeniy Qavrilenkov manatla bağlı növbəti dəfə devalvasiya həyata keçirməyin lazım olmadığını bildirmişdir.

O həmçinin demişdir: “Mən ümumiyyətlə bu cür qərarlara müsbət yanaşmıram və eyni zamanda Azərbaycanda təkrar devalvasiya üçün səbəb yoxdur. İnflyasiya çox deyil, məzənnəyə real xarici təsir yoxdur və xarici borcların ödənməsi ilə də bağlı heç bir problem yaşanmır”.

Eyni zamanda, onun fikrincə, Azərbaycan kiçik həcmdə valyuta ehtiyatına sahib olduğundan Qazaxıstan kimi ildə iki dəfə qlobal hadisəni yeni səviyyədə sabitləşdirmək imkanına sahib deyil.

Son xəbərlər
Digər xəbərlər