2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatının həcmi açıqlanıb.
Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, qeyd olunan dövrdə gündəlik neft (kondensatla birlikdə) hasilatının həcmi 654 min barrel olub.
Nazirlikdən verilən məlumata əsasən, bunun 543 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.