10 C
Baku
Thursday, December 12, 2024

Sentyabrda pul bazası azalıb

Azərbaycanda pul bazası 2023-cü ilin sentyabr ayında 221 milyon manat və ya 1.22% azalıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, pul bazasının həcmi 29 sentyabr 2023-cü il tarixinə 17 milyard 896.2 milyon manat təşkil edib.

AMB son faiz qərarına dair iclasda bildirib ki, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirib. Faiz dəhlizinə dair qərarlar və likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edib. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya vermişlər.

Aparılmış təhlillər göstərib ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir.


Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.

Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. Lazımi nisbətlərə əməl olunub-olunmaması pul siyasətini həyata keçirən mərkəzi banklar tərəfindən izlənilir. Məsələn, bir tərəfdən banklara əlavə kredit verir və ya əlavə pul emissiyasını həyata keçirir, digər tərəfdən isə açıq bazarda əməliyyatlar keçirmək yolu ilə vəsaitin bir hissəsini dövriyyədən çıxarır. Bir sözlə, bazara öz istiqrazlarını buraxır. Pul bazarının rəqəmsal göstəriciləri vaxtaşırı Mərkəzi Bankın rəsmi saytında dərc edilir.

Bu göstəricilər iqtisadi proseslərin bütün iştirakçılarına aiddir – şirkətlərdən tutmuş fərdi ev təsərrüfatlarına qədər. Belə ki, pul bazasının genişlənməsi əmtəə və xidmətlərin qiymətinin arta biləcəyindən xəbər verir. Və əksinə – pul bazasının azalması gələcəkdə bu və ya digər məhsula tələbatın və istehsal səviyyəsinin azalmasının, habelə işsizliyin artmasından 

Son xəbərlər
Digər xəbərlər