2 C
Baku
Saturday, December 14, 2024

Sentyabrın 19-dan Rusiya vətəndaşlarının Latviyaya girişi qadağan olunacaq

Sentyabrın 19-dan Rusiya vətəndaşlarının Şengen vizası ilə Latviyaya girişi qadağan olunacaq.

Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tviterdə yazıb.

Onun sözlərinə görə, ruslar ölkəsində xoş qarşılanmır.

E.Rinkeviç eyni zamanda Rusiyaya müraciət edib: “Ukrayna ilə müharibəni dayandırın və bu ölkədən çıxın”.

Qeyd edək ki, Şengen vizası bir çox Avropa İttifaqı ölkələrinə girişə icazə verən sənəddir.

Xatırladaq ki, bir müddət əvvəl Estoniya, Latviya və Litva Rusiya vətəndaşlarının bu ölkələrə girişinin məhdudlaşdırılması barədə prinsipial razılığa gəlmişdilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər