9 C
Baku
Friday, December 13, 2024

Serbiya Aİ-dən kənar ölkələrin vətəndaşları üçün vizasız rejimi ləğv edir

Serbiya hakimiyyəti Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün vizasız rejimi ləğv etməyə hazırlaşır. Müvafiq qərar Avstriya, Macarıstan və Serbiya liderlərinin Balkan ölkəsinə gələn, daha sonra Aİ-yə daxil olmağa çalışan miqrantlara qarşı mübarizə tədbirləri müzakirə edilən görüşündən sonra qəbul edilib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bununla bağlı Serbiya prezidenti Aleksandr Vuçiç ilin sonuna kimi Belqradın viza siyasətini Aİ normaları ilə eyniləşdirərək dəyişəcəyini bildirib.

Öz növbəsində Avstriya kansleri Karl Nehammer danışıqlar başa çatdıqdan sonra Aİ-nin repatriasiya məsələsində Belqradı hər cür dəstəkləyəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər