Serbiyada qapalı yerlərdə tibbi maskaların taxılması məcburi olacaq. Qaydaları pozan şəxslər cərimə olunacaqlar.
RİA “Novosti” xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vucic deyib.
Ölkədə son sutkada koronavirus infeksiyasına yoluxma halları 359 nəfər artıb.
Ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib. Serbiyada ümumilikdə 15 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 nəfəri vəfat edib.
Qeyd edək ki, tibbi maska taxmayan şəxsləri 43 avro məbləğində cərimə gözləyir.
“Ən böyük problem Belqradda qeydə alınıb. Yoluxan şəxslərin 82,5 faizi Belqrad şəhərindədir. İki həftə ərzində gecə klublarını 23:00-dan səhər 6:00-a qədər bağlayacağıq. Açıq sahələri olmayan kafelər də fəaliyyət göstərməyəcək. Ticarət mərkəzlərində və nəqliyyat vasitələrində qoruyucu maska taxmayanların hamısı cəzalandırılacaq” – deyə, Vuçiç bildirib.