9 C
Baku
Thursday, December 12, 2024

Serbiyanın XİN rəhbəri Azərbaycana gəlir

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bu ilin iyul ayının sonunda Azərbaycana səfər edəcək.

Banker.az xəbər verir ki, bu barədə “Azvision”a müsahibəsində Serbiyanın Bakıdakı yeni səfiri Draqan Vladisavlyeviç bildirib.

Onun sözlərinə görə, gündəlikdə çox sayda tədbirlər nəzərdə tutulub, hansı ki, bunlar iki dost ölkə və iki mühüm strateji tərəfdaş arasında belə səfərlərə xasdır.

“Nazirin səfəri zamanı ölkələrimizin prezidentlərinin birgə təşkil edəcəyi, Belqradda keçiriləcək Qoşulmama Hərəkatının Birinci Zirvə toplantısının 60-cı ildönümü ilə əlaqədar hazırlıq tədbirləri müzakirə ediləcək. Bundan əlavə, nazir Selakoviç və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HK) həmsədrləri olaraq, altıncı iclası keçirəcəklər. İclas Prezident İlham Əliyev və Prezident Vuçiçin müəyyən etdiyi təlimatlar çərçivəsində, iki ölkə arasında iqtisadi əməkdaşlığı və ticarəti intensivləşdirmək məqsədi ilə konkret danışıqlara və razılaşmalara imkan yaradacaq. Serbiya xarici işlər nazirinin səfəri nzamanı Biznes Forum da keçiriləcək. Mən bu tədbirdən konkret razılaşmalar və nəticələr gözləyirəm”, – deyə diplomat vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər