8 C
Baku
Friday, December 13, 2024

Sığorta agentliyinin sabiq direktoruna qarşı ₼1 mln.-luq iddia qaldırılıb

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub.

E. Qasımov iş üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra Dövlət Siğorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb.

Qeyd olunub ki, mülki iddianın 288 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır.

Elmar Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər