İcbari Sığorta Bürosunun (İSB) informasiya texnologiyaları üzrə layihə meneceri Nizami Kərimov işdən çıxıb.
Bu barədə İSB-dən bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, N.Kərimov 2011-ci ildə İSB yaradılandan burada çalışırdı. Onun öz istəyi ilə vəzifəsindən azad edildiyi bildirilir.