Bakı şəhəri ərazisində “Formula 1” yarışmasının keçirilməsi ilə əlaqədar “Standard Insurance” sığorta şirkətinin rəhbərliyi ikitəkərli nəqliyyat vasitələrinin (motosiklet) istifadəsinə dair qərar qəbul edib.
Banker.az xəbər verir ki, bu barədə Reportun şirkətə istinadən verdiyi xəbərə görə, bu qərar şəhər daxilində hadisələrə çevik reaksiya vermə, həmçinin tədbir keçirilən dövrdə şəhərdə tıxac zamanı hadisə yerinə qəza komissarlarının gecikməsi halları ilə müştərilərin qarşılaşmaması məqsədi ilə qəbul edilib.