Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “Era Trans Sığorta” Açıq Səhmdar Cəmiyyətində aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıqlarla əlaqədar Cəmiyyətə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 (altı) ay müddətinə dayandırılmışdır.
Cəmiyyət, lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cəmiyyətə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilmişdir.