6 C
Baku
Sunday, December 15, 2024

Sığorta şirkətləri ötən ili necə başa vurdu? – Mənfəət və zərər edənlərin SİYAHISI

2020-ci il üzrə sığorta şirkətlərinin fəaliyyət nəticələri məlum olub.

Banker.az 2020-ci il üzrə yekun hesabatını açıqlayan sığorta şirkətlərinin maliyyə nəticələrini araşdırıb və sözügedən dövr üzrə hansı şirkətlərin mənfəət, hansı şirkətlərin zərərdə olduğunu müəyyən edib.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti ötən ili mənfəətlə başa vurub. Bu sığorta şirkətləri arasında ən yüksək mənfəət “PAŞA Həyat” və “PAŞA Sığorta” şirkətlərində qeydə alınıb ki, bu da müvafiq olaraq 22 mln. manat və 20 mln. manata yaxın olub.

Mənfəətinə görə sıralamada 3-cü və 4-cü yerdə “Xalq Sığorta” (8 mln manat) və “Meqa Sığorta” şirkətləri (6 mln manat) olub.

1 sığorta şirkəti yeni yaradılan “Aqrar Sığorta” ötən ili zərərlə başa vurub. İki sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkəti və “Naxçıvansığorta” maliyyə hesabatlarını açıqlamayıb.

Sığorta şirkətlərinin xalis mənfəət və zərər göstəriciləri ilə aşağıdakı siyahıdan daha ətraflı tanış ola bilərsiniz:

zz

Son xəbərlər
Digər xəbərlər