Avtomobillərin icbari avtosığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.
Bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
O həmçinin əlavə edib ki, belə halla qarşılaşan vətəndaşlar mütləq qaydada nəzarətedici qurumun qaynar xəttinə müraciət etməlidirlər:
“Sığorta şirkətləri əsla sığorta şəhadətnamələrinin satışından imtina edə bilməzlər. İmtina etmələri onların sığorta fəaliyyətlərinə rəsmi şəkildə məhdudiyyət gətirə bilər. Bütün sığorta şirkətlərində sığortahaqları eynidir. Vətəndaşlardan əlavə ödəniş tələb olunursa ”966” qaynar xətti ilə əlaqə saxlamaları tövsiyyə olunur”.
Daha ətraflı süjeti təqdim edirik: