7 C
Baku
Thursday, December 12, 2024

“Sığortaçılarda korporativ idarəetmə Standartları” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçılarda korporativ idarəetmə Standartları”nı təsdiqləyib.

Bu Standartlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü və 35.3-cü maddələrinə müvafiq olaraq, habelə korporativ idarəetmə sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və sığortaçılarda korporativ idarəetmə standartlarını və daxili auditin aparılması qaydasını müəyyən edir.

Qeyd edilib ki, bu Standartların tələbləri müştərək sığortaçılara şamil edilmir.

Qərara əsasən, Direktorlar Şurası sığortaçıda ümumi rəhbərliyi və onun fəaliyyətinə nəzarəti həyata keçirir. Direktorlar Şurasının ümumi və müstəqil üzvlərinin say tərkibi Qanunun və bu Standartların tələbləri nəzərə alınmaqla sığortaçının fəaliyyətinin xüsusiyyətinə, həcminə və mürəkkəbliyinə uyğun olaraq müəyyən edilməlidir.

Həmiçinin, hər bir sığortaçıda Audit Komitəsi və Riskləri İdarəetmə Komitəsi yaradılır. Əlavə olaraq Audit Komitəsinin sədri digər komitələrin sədri ola bilməz, eyni zamanda Audit Komitəsinin azı bir üzvü Qanunla müəyyən edilmiş tələblərə cavab verən müstəqil şəxs olmalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər