Azərbaycanda sığortalıların anderraytinqinin həyata keçirilməsi, onlarla bağlı risklərin qiymətləndirilməsində əsas boşluqlardan biri sığortalıların reyestrinin olmamasıdır”.
“Report” Agentliyi xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar” adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.
“Kreditləşmə zamanı müştərilərin ödəmə qabiliyyətinin edilməsi üçün mərkəzləşdirilmiş kredit reyestri, eləcə də özəl kredit bürösu var. Burada müştəriyə reytinq verilir. Təəssüf olsun ki, sığorta sektorunda hələ ki, belə bir reyestrimiz yoxdur. Amma bu reyestrin formalaşdırılması üçün model seçilib, texniki şərtlər müəyyənləşdirilib. Düşünürük ki, bu reyestr formalaşdırıldıqdan sonra sığorta sektorunda şəffaflıq təmin ediləcək, çünki sığorta şirkətləri müştərilərini seçən zaman onların tarixçəsinə baxa, sığortalıların nə dərəcədə məsuliyyətli olduqlarını müəyyənləşdirə biləcəklər. Bu sığorta şirkətlərinin risklərinin idarə edilməsi üçün böyük əhəmiyyət kəsb edir”, – o deyib.