İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması halları təkmilləşdirilib.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Prosessual Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, mübahisələndirmə və məcburetmə haqqında iddia növlərində olan şikayət mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apelyasiya şuralarına verildiyi halda, həmin şikayətlərdən məhkəməyə şikayət verilməsi üçün İPM-nin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının, həmin şuraların şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılacaq.