6 C
Baku
Sunday, December 15, 2024

“Silk Way” iki şirkətinin ləğvi ərəfəsində digər qoluna ₼16 mln. maya qoyub

“Silk Way Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin kapitalına son bir ildə 3-cü dəfə dəyişiklik edilib.

Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Holdinqin törəməsinin ötən ilin avqustunda nizamnamə kapitalı 54% azaldılmaqla 79 318 525 manata qədər azaldılsa da, həmin ilin oktyabrında 55%-dən çox artırılaraq  123 279 261 manata qədər artırılmışdı.

2021-ci ilin iyun ayının ikinci dekadasında isə holdinq şirkətinə daha 15 973 000 manat kapital yatırmaqla nizamnamə kapitalını 13% böyüdüb.

Bununla da nizamnamə kapitalı 139 252 261 milyon manata qədər artırılmışdır.

Bir neçə gün öncə ana şirkət – “Silk Way Holding”ə daxil olan “Silk Vey East Aviaşirkəti” MMC və “Silk Vey İnvestment ” MMC-nin ləğv edilməsi ilə elan yerləşdirilmişdi.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər