Koreya Xalq Demokratik Respublikasının Küveytdəki səfirinin səlahiyyətlərini icra edən Ryu Hen U Cənubi Koreyaya qaçıb.
Bu barədə “Renhap” agentliyi məlumat yayıb. Məlumata əsasən, qaçaq diplomat 2017-ci ildə BMT-nin məlum qətnaməsinin qəbul edilməsindən sonra Küveytdən xaric olunan səfir So Çxan Sinin səlahiyyətlərini icra edirdi.
Ryu Hen U ailəsi ilə birlikdə Cənubi Koreya ərazisinə daxil olub. Onun bu addımı uşaqlarının gələcəyi üçün atdığı bildirilir.
Şimali Koreya Milli Kəşfiyyat İdarəsi diplomatın qaçışını şərh etməkdən imtina edib.