21 C
Baku
Thursday, April 25, 2024

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən yazıb.

“Seul hərbçiləri Şimali Koreyanın Yapon dənizinə naməlum ballistik raket atdığını bildirib”, – xəbərdə deyilir.

Daha sonra, ballistik raketin buraxılması faktı Yaponiya Sahil Mühafizəsi tərəfindən də təsdiqlənib.

Onlar qeyd ediblər ki, raket hələ də uçuşdadır, ehtimal ki, o, dik trayektoriya ilə buraxılıb. Raket buraxılışı Yaponiya vaxtı ilə saat 07:14-də (Bakı vaxtı ilə saat 02:14) həyata keçirilib.

Hesablamalara görə, raket Yaponiyanın iqtisadi zonasından kənarda – Koreya yarımadasından təxminən 550 km şərqdə Yapon dənizinə düşəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər