12 C
Baku
Thursday, March 28, 2024

Şimali Koreyada ilk dəfə koronavirus aşkarlandı

Şimali Koreya hakimiyyəti rəsmən ölkədə ilk koronavirusa yoluxma halını elan edib.

Banker.az xəbər verir ki, bu barədə Şimali Koreya mediası (KCNA) məlumat yayıb.

Mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb.

Nəticədə bir nəfərdə omikron ştammının yarımnövünün aşkarlanması qeydə alınıb.

Bununla bağlı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. İclasda KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

Qeyd edək ki, pandemiyada KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər görüb, o cümlədən dövlətin sərhədlərini bağlayıb. Pexnyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya koronavirus vaksinlərin tədarükünə razılıq verməmişdi.

Çin dövlət televiziyası da Şimali Koreyada “şübhəli qrip simptomları”na görə insanlardan evə qalmaqları istənildiyini bildirib, “koronavirus” ifadəsi isə işlədilməyib.

Son xəbərlər
Digər xəbərlər