17 C
Baku
Friday, April 19, 2024

“Şimali Koreyaya qətiyyətli cavab veriləcək”

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv olan ölkələr Şimali Koreyanın nüvə sınaqlarına qətiyyətli cavab verəcəklərini bəyan edib.

Bunu ABŞ-ın Vitse-prezidenti Kamala Harris deyib.

Kamala Harris bu gün Banqkokda Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə keçirdiyi görüşdə deyib ki, tərəflər Şimali Koreya ilə anlaşılmazlıqları diplomatik yolla həll edəcəklər.

Xatırladaq ki, ABŞ-ın Vitse-prezidenti Kamala Harris bu gün Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) tərəfindən raket atılmasının ardınca Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə görüş keçirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər