25 C
Baku
Saturday, April 20, 2024

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını “arzuolunmaz şəxs” elan edib.

Bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiyanın ölkədəki səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona səfirliyin 6 əməkdaşının “persona non grata” elan olunması ilə bağlı nota təqdim olunub.

Qeyd olunub ki, bu diplomatlar Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyasını pozub və onlar qarşıdakı 5 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Xatırladaq ki, daha əvvəl Şimali Makedoniya Rusiyanın 5 diplomatını ölkədən çıxarıb.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər