14 C
Baku
Monday, May 6, 2024

Şirinov Elvin Azərbaycanın ən böyük özəl ixracatçısı olaraq qalır – 85.4 milyon dollarlıq gəlir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyul sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-sentyabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.

Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 85.4 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub.

2022-ci ilin eyni dövründə isə ixracı 27.8 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 3 dəfə artması deməkdir.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər