9 C
Baku
Saturday, December 21, 2024

Şirkət TƏBİB ilə bağlı iddia qaldırdı

Azərbaycanda son illərdə tibbi sahə üzrə bəzi sahələrdə mandat alan TƏBİB barəsində məhkəməyə müraciət edilib.

Banker.az xəbər verir ki, “Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi” MMC dövlət qurumu ilə bağlı Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Logistika şirkəti ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi arasındakı mübahisə səbəbi “daşıma müqaviləsi üzrə” öhdəlik olmuşdur.

Şirkətin şikayətinə martın son iş günlərində baxılacağı gözlənilir.

LSC və ya “Logistika və Təchizat Zənciri Biznesinin İdarə edilməsi Mərkəzi” 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkət logistika xidmətləri göstərir. LSC-nin təsisçisi ölkədə daha çox hərbi ekspert kimi tanınan Ruslan İmamquliyevdir. O, həmçinin şirkətin qanuni təmsilçisidir.

Şirkət həm daxili bazarda, həm də xaricdə yük daşınması, eləcə də bir sıra digər xidmətlər həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər