7 C
Baku
Thursday, December 12, 2024

Şirkət tikinti materialları satışından 37 mln. manat gəlir əldə edib

2024-cü ildən Azərbaycanın səhm bazarına daxil olan “Konstromat” ASC bu il satışlardan 36.84 milyon manatlıq gəlir əldə etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir.

Hesabata əsasən, “Konstromat”ın gəlirləri illik müqayisədə 5.92 mln. manat və ya 19 faiz artıb. Satışın maya dəyəri 28.55 mln. manat olub ki, bu da ümumi mənfəətin 8.28 mln. manat olması deməkdir.

Ümumilikdə, şirkət bütün gəlir və xərclər fərqindən 4.37 mln. manat xalis mənfəət əldə edib. 2022-ci ildə isə şirkət 4.09 mln. manat xalis mənfəət əldə etdiyini açıqlamışdı.

Şirkət əsasən taxta, tikinti materialları satışı və agentlik xidmətini həyata keçirir. O, cari ilin əvvəlində nizamnamə kapitalını 4000 manatdan 200 000 manata qaldırıb. Səhmlər sərbəst şəkildə Bakı Fond Birjasındə dövriyyəyə çıxarılsa da, kapital artımından sonra yenidən səhmdar Rasim Əkbərov Naib oğlu qalıb. Onun şirkətin nizamnamə kapitalında payı 100%-dir.44 34344322

Son xəbərlər
Digər xəbərlər