13 C
Baku
Friday, March 29, 2024

Şirkətlər 30 mln. manatlıq depozitini il ərzində “Günay Bank”dan geri çəkib

Müştəriləri “Günay Bank” ASC-də yerləşdirdiyi əmanətlərdən  il ərzində 10,87 mln. manatını (ümumi portfelin) geri çəkiblər və 1 aprel 2019-cu il tarixinə portfelin həcmi 78,6 mln. manata düşüb. Bu ötən ilin eyni dövründə 89,48 mln. manata qədər idi.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2019-ci ilin ilk rübünə olan maliyyə hesabatına istinad edir.

“Günay Bank” ASC-nin depozit porfelinin hazırda 17,58 mln. manatı hüquqi şəxslərin vəsaiti və  61,02 mln. manatı isə fiziki şəxlərindir. Azalmanın əsas səbəbi hüquqi şəxslərin tələbli depozitlərinin 30,42 mln. manatını geri çəkməsi hesabınadır. Ötən ilin eyni dövründə hüquqi şəxslərin tələbli depozitlərinin həcmi 48 mln. manata yaxın idi. Lakin, buna rəğmən fiziki şəxlərin banka yatırdıqları əanətlərin həcmində artım müşahidə edilib. Belə ki, ötən ilin 1 aprelində fiziki şəxslərin depozitlərinin həcminin 41,48 mln. manat olduğu halda bu il bu yuxarıda qeyd etdiyimiz kimi 61,02 mln. manata qədər artıb.

Hesabat müddəti ərzində “Günay Bank” ASC-nin cəmi öhdəliklərinin həcmi il ərzində isə əksinə 8% artmaqla 141,18 mln. manata çatıb. Sual oluna bilər ki, depozit portfelinin azaldığı halda cəmi öhdəliklərin həcmi niyə azalıb?

Səbəblərdən biri rezident maliyyə inistutlarından cəlb olunan 5,8 mln. manatlıq depozit (hazırda 22,38 mln. manat), 15,23 mln. manatlıq “digər passivlər” kimi qeyd etdiyi öhdəlik və AMB qarşısında yaranmış əlavə 0,1 mln. manatlıq öhdəlikdir.

Ətraflı
31.03.2019

31.03.2018

 

Son xəbərlər
Digər xəbərlər