“Bizim üçün Türkiyəsiz təbii qaz tədarükü mümkün deyil. Türkiyə bu baxımdan bizim ən etibarlı və proqnozlaşdırıla bilən tranzit tərəfdaşımızdır”.
Bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.
Nazir onu da əlavə edib ki, Türkiyə olmadan təhlükəsizlik məsələlərinin həlli mümkünsüzdür. O, ölkəsinin Türkiyənin terrorla mübarizəsini dəstəklədiyini də vurğulayıb.