23 C
Baku
Friday, April 19, 2024

Siyavuş Novruzov: “Müharibə veteranlarının təqaüdü 130 manat olsun”

“Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın:

“Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər