2 C
Baku
Saturday, December 14, 2024

Sizin Lombard 15% gəlirlilik təklif edən istiqraz buraxır

Azərbaycanda tanınmış lombard şirkəti “GL” ASC (Sizin Lombard) daha 4.6 milyon  manatlıq istiqraz buraxır.

Banker.az xəbər verir ki, bu barədə lombard şirkətinin aid olan emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.

Hər bir istiqrazın nominal dəyəri 1000 manat olmaqla 4600 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxacaq. İstiqrazlar 5 il müddətinə 15 faiz illik gəlirlilik təklif edəcək.

“GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli lombard kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir. Bu fəaliyyət ilə əlaqədar olaraq, cəmiyyət 2021-ci ildə kredit sayı 26 276 olaraq 61 098 299 manat, 2022-ci ildə kredit sayı 31 095 olaraq 68 488 823 manat, 2023-cü ildə isə kredit sayı 34 250 olaraq 77 461 347 manat həcmində kredit vermişdir.

Bundan əlavə, emitent kimi qiymətli kağızların emissiyasını heyata keçiren kommersiya hüquqi şəxsdir. 2023-cü il ərzinde kütləvi təklif üsulu ilə Bakı Fond Birjasından 2 815 000 manat həcmində və1 900 000 ABŞ dolları ilə istiqraz yerləşdirib.

Audit edilmiş hesabata əsasən bu lombard şirkəti keçən ili 2.88 mln. manat xalis mənfəət əldə edib.

32423

 

Son xəbərlər
Digər xəbərlər