6 C
Baku
Sunday, December 15, 2024

“Sizin Lombard” 400 min manat borc cəlb etdi

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1,000 manat olan AZ2013020287 dövlət qeydiyyat nömrəli, 425,000 (dörd yüz iyirmi beş min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 399,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 399,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər