Azəraycanda “Sizin Lombard” brendi ilə bazarda lombard krediti verən “GL” ASC istiqrazlar buraxır.
Banker.az xəbər verir ki, bununla bağlı “GL” ASC-nin emissiya prospektində bildirilir.
Emissiya prospektində qeyd edilir ki, “GL” hər biri 1000 manat olan 3 025 ədəd faizli, təminatsız, sənədsiz adlı səhm buraxacaq.
İstiqrazlar illik 12%-lik gəlirliliklə 5 il tədavül müddətini əhatə edəcək.
Xatırladaq ki, “GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən şirkətdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır. Şirkətin sahibi 204 510 manat nizamnamə kapitalında 100 faiz payı olan Quliyev Fərman Eldar oğludur.