10 C
Baku
Friday, December 13, 2024

“Sizin Lombard” daha 700 min manat faizli borc cəlb edir

1 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 700 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-fən bildirilir.

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 700 min manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri  

 

Hərrac

tarixi

İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2011020289 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 700

(ədəd)

1,000 manat 03.11.2023 14% 5 il

(1 il –360 gün)

Hər ayda (1 ay -30 gün) bir dəfə

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər