20 C
Baku
Wednesday, May 1, 2024

“Sizin Lombard” səkkiz investordan ₼700 min faizli borc cəlb etdi

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1 000 manat olan AZ2011020289 dövlət qeydiyyat nömrəli, 700 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az bu barədə BFB-yə istinad edir.

Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 660,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 660,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər