2 C
Baku
Saturday, December 14, 2024

“Sizin Lombard”ın 15%-lik gəlirlilik təklif edən istiqrazları hərracda

22 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin (Sizin Lombard) ümumi buraxılış həcmi 800 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“GL” ASC

Dövlət qeydiyyat nömrələri – İSİN

AZ2029020289 / AZ2030020286

İstiqrazlarının növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi/Birqiymətli

İstiqrazların hər birinin sayı

400 (ədəd)

İlkin ticarət qiymətləri

1,000 manat

İstiqrazların hər birinin buraxılış həcmləri

400,000 manat

İllik gəlirlilik faizləri

15%

Ödəmə Periodları

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddətləri

5 il

Ticarətə buraxılma tarixləri

26.08.2024

Anderrayter

“INVEST-AZ İ.Ş” ASC

Son xəbərlər
Digər xəbərlər