“Sizin Lombard” şəbəkəsini idarə edən “GL” ASC 2023-cü ilin 1-ci yarımilliyini 2 milyon 196 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “GL” ASC-nin cəmi gəlirləri 8 milyon 509 min manat, lombardlar üzrə hesablanmış faiz gəlirləri 7 milyon 813 min manat, cəmi xərcləri 6 milyon 255 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 43 milyon 449 min manat, cəmi kapitalı 5 milyon 594 min manat, cəmi öhdəlikləri isə 37 milyon 856 min manat olub.
“GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir. “GL” ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.