Slovakiyanın müvəqqəti hökuməti partiyaların koalisiya qurana qədər Ukraynaya əlavə hərbi yardım göndərməyi dayandıracağını bəyan edib.
Bu barədə Slovakiya hökumətinin nümayəndəsi xəbər verib.
Qeyd edək ki, sentyabrın 30-da Ukrayna əleyhinə olan “Smer” partiyası Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib. “Slovakiyada gedən bürokratik hökumət artıq Ukraynaya hərbi texnika göndərməyəcək”, – “Politico” nəşri nümayəndədən sitat gətirib.
“Dennik N” portalının məlumatına görə, Ukraynaya yardım yeni parlamentin fəaliyyətə başlamasına qədər köçürülə bilərdi, lakin Slovakiya prezidenti Zuzana Çaputova belə plana qarşı çıxıb.