15 C
Baku
Thursday, May 9, 2024

Sloveniya Rusiya səfirliyinin işçilərinin sayını ixtisar edəcək

Sloveniya Xarici İşlər Nazirliyi Rusiya səfirini ölkədəki səfirlik işçilərinin sayının ixtisar edilməsi barədə məlumatlandırıb.

Bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Xarici İşlər Nazirliyi Rusiya səfirini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq Rusiya səfirliyinin diplomatik və inzibati işçilərinin sayının azaldılması qərarı ilə bağlı məlumatlandırıb”, – bəyanatda vurğulanır.

Qeyd olunur ki, Sloveniyanın Moskvadakı diplomatik nümayəndəliyində olduğu kimi, Rusiya diplomatik missiyasının da eyni sayda əməkdaşı ölkədə qalacaq.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər