“Samsung” qatlana bilən ekranı olan smartfon təqdim etməyə hazırlaşır.
Bu barədə “Pravda” xəbər yayıb.
Bildirilir ki, istehsalçı bununla da ağıllı telefonlar üçün belə qeyri-adi dizaynı təqdim edən ilk şirkət oldu.
“Samsung” ekranları rulon şəklində olan bir neçə sınaq modelini artıq patentləşdirib.
Şirkət bu tip telefonların ilk modellərinin dar bir auditoriya üçün çıxarılacağını vurğulayıb.