14 C
Baku
Saturday, April 27, 2024

SOCAR-ın Türkiyədəki NEZ-i neft idxalını 18%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 5 420 528.141 ton neft idxal edib ki, bu da illik müqayisədə 18.2% çoxdur.

2021-ci ilin yanvar-iyun aylarında zavod 4 587 513.18 ton neft idxal edib.

Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) 10 012 616.23 ton neft idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ-lə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər