7 C
Baku
Sunday, December 15, 2024

SOCAR nefti apreldə neçəyə satıb? – Açıqlama

SOCAR 2017-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 793 ton, Supsa limanından 174 min 579 ton, Ceyhan limanından 1 milyon 467 min 117 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 489 min 206 ton, Supsa limanından 878 min 664 ton, Ceyhan limanından 5 milyon 374 min 87 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Bu barədə Banker.az-a Dövlət Şirkətindən məlumat daxil olub.

Ümumilikdə, 2017-ci ilin yanvar-aprel ayları ərzində 252 min 918 ton dizel yanacağı, 18 min 822 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 32 min 593 ton yüksək təzyiqli polietilen, 4 min 348 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 922 ton maye piroliz qətranı, 14 min 96 ton propilen və 10 min 83 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 555,19 ABŞ dolları, təyyarə yanacağının – 493,19 dollar, dizel yanacağının – 460,89 dollar, 1 faizli kükürdlü mazutun – 306,35 dollar, yüksək təzyiqli polietilenin – 1260 dollar, butilen butadien fraksiyasının – 758,81 dollar, maye piroliz qətranının – 555,19 dollar, propilenin qiyməti – 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1575 avro təşkil etmişdir.

Aprel ayında dünya bazarında xam neftin qiymətləri

Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 52,54 dollara,Urals nefti 51,75 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,83 dollara satılmışdır.

Son xəbərlər
Digər xəbərlər