Azərbaycan Respublikası Dövlət Neft Şirkəti uzunmüddətli borcunu 6 ay ərzində 504 milyon manat, yaxud 4.5% azalıb.
Banker.az bu barədə SOCAR-ın 2021-ci ilin birinci yarısı üzrə audit olunmamış maliyyə hesabatına istinad edir.
1 iyul 2021-ci il tarixinə dövlət şirkətinin borclarının həcmi 10 milyard 715 milyon manat təşkil edib.
Məlumata görə, borcun ən böyüyü 750 milyon ABŞ dolları həcmindədir. Bu borc 6.95% illik ödəniş faizi ilə mart 2030-cu ilə qədər nəzərdə tutulub. Bunun da 1 mlrd. 217 mln. manat ekvivalenti hələki borc olaraq qalır.
İkinci ən böyük ola isə 1 mlrd. dollar dəyərində olan borcdur ki, bunun da 1 mlrd. 087 mln. manat ekvivalenti qalmaqdadır.